Modern.az

Əl və ayaqda rəng dəyişikliyi xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Əl və ayaqda rəng dəyişikliyi xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Aktual

12 Fevral 2024, 23:57

Bəzən stresli günlərdə və soyuq havalarda əl və yaxud ayaq barmaqlarında meydana gələn mavi-bənövşəyi rəng dəyişmələri Raynaud sindromunun əlaməti ola bilər.

 

Modern.az xəbər verir ki, revmatologiya və daxili xəstəliklər üzrə mütəxəssis, professor Mehmet Sayarlıoğlunun sözlərinə görə, həmin əlamətlər göründükdə gözardı edilməməli və həkimə müraciət olunmalıdır. Bu sindrom temperatur dəyişikliyi və stres səbəbindən meydana gəlir. Onun əsas əlaməti əllərdə və yaxud ayaq barmaqlarının uclarında bəzən soyuğa, bəzən də stresə məruz qaldıqda meydana gələn mavi-bənövşəyi rəngin dəyişməsidir. Normalda damarlar soyuqdan zədələnir və havada istilik itkisini azaltmaq üçün daralır. Lakin Raynaud sindromunda bu proses uzanır. Bir müddət sonra damarlarda oksigen səviyyəsi azalır. Qan axınının pozulması səbəbindən dəridə mavi-bənövşəyi rəng dəyişikliyi meydana gəlir. Bu mavi-bənövşəyi rəngsizləşmənin ardından damarlarda genişlənmə baş verir. Sonra isə barmaq uclarında yenə də çəhrayı-qırmızı rəngdə olur.

 

Professor vurğulayıb ki, Raynaud xəstəliyi başqa bir xəstəliyin ilkin əlaməti olaraq və ya xəstəliyin gedişi zamanı meydana gələ bilər. Bu sindrom ən çox gənc qadınlarda rast gəlinir, həmçinin onun genetik tərəfi də var. Oxşar əlamətlər qohumlarda da ola bilər. Bundan başqa, tez-tez sistemik skleroz (skleroderma), Sjögren sindromu, antifosfolipid sindromu, poli-dermatomiyozit və romatoid artrit kimi iltihablı revmatik xəstəliklərin gedişi zamanı meydana gəlir. Nadir hallarda bu sindrom bütünlüklə qollarda müşahidə edilir. Barmaqlarda rəng dəyişikliyi ilə yanaşı, sancı, uyuşma və ağrılar da baş verə bilər. Damarların daralması uzun müddət davam edərsə, toxumalar üçün təhlükəli sayılır. Barmaqların uclarında yaralar əmələ gəlmə ehtimalı olar.

 

“Xəstələr bədənlərini soyuqdan qorumalı və buna uyğun paltar seçməlidirlər, həmçinin soyuq havada mütləq əlcək və yun corab geyinməlidirlər. Siqaretdən uzaq olmaq vacibdir. Çünki siqaretin tərkibindəki nikotin və buna bənzər kimyəvi maddələr damarlara mənfi təsir edir. Həmin hal baş verərsə, müalicə seçimləri buna uyğun aparılmalıdır. Müalicə planı insanda olan digər xəstəliklərə uyğun hazırlanır. Bundan əlavə, əgər xəstə başqa dərmanlardan istifadə edirsə, onların Raynaud sindromuna təsiri qiymətləndirilir və lazım gələrsə, buna uyğun tədbirlər görülür”, - deyə Mehmet Sayarlıoğlu əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi