Modern.az

Sabah 3 rayonun qazı KƏSİLƏCƏK 

Sabah 3 rayonun qazı KƏSİLƏCƏK 

Aktual

13 Fevral 2024, 19:07

Sabah Kürdəmir, Göyçay və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

 

Bildirilib ki, “Kürdəmir”, “İsmayıllı”, “Talıstan”, "Göyçay 2” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı fevralın 14-də saat 09:00-dan işlər başa çatanadək “Kürdəmir”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından və “Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli əhali qaz xəttindən qaz təchizatının dayandırılması nəzərdə tutulub.

 

Həmçinin, fevralın 15-də saat 09:00-dan işlər başa çatanadək “İsmayıllı” ölçü qovşağından və "Talıstan” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi