Modern.az

Özünü 5-ci mərtəbədən atan gənc oğlan SAĞ QALDI

Özünü 5-ci mərtəbədən atan gənc oğlan SAĞ QALDI

Hadisə

14 Fevral 2024, 08:24

Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib.

 

Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.("Report")

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı