Modern.az

Magistr imtahanlarında ən yüksək bal toplayan ölkə 3-cüsü

Magistr imtahanlarında ən yüksək bal toplayan ölkə 3-cüsü

Təhsil

14 Fevral 2024, 09:06

Dövlət İmtahan Mərkəzi (DİM) dünən ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Modern.az xəbər verir ki, imtahanların nəticələrinə görə, ən yüksək bal toplayan tələbələrin adı məlum olub.

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Əbülfəz Cəfərov magistraturaya qəbul imtahanlarında ölkə üçüncüsü olub.

Ali Məktəbdən Modern.az-a verilən məlumata görə, Əbülfəz Cəfərov 91,5 bal (essesiz) toplayıb.

Əbülfəz Cəfərov 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 670.7 balla qəbul olunub. bp-nin 2023-cü il 2 aylıq yay təqaüd proqramına öz ixtisası üzrə seçilib və məzun olmadan 5-ci kursun əvvəlində (sentyabrda) iş təklifi alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi