Modern.az

İşıq dirəyinə çıxmaq istəyən gənci "tok" vurdu

İşıq dirəyinə çıxmaq istəyən gənci

Hadisə

14 Fevral 2024, 09:38

Şəmkirdə əqli gerilikdən əziyyət çəkən 2007-ci il təvəllüdlü Hüseynov Həsən Ramiz oğlu cərəyan vurması səbəbindən vəfat edib.

 

Modern.az-ın məlumatına görə, hadisə dünən saat 23 radələrində baş verib.

 

Belə ki, o, yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən işıq dirəyinə çıxmaq istəyərkən elektrik cərəyanının vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI