Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurası ərəfəsində Ararat Mirzoyanla yaxşı fikir mübadiləsi aparılıb.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri ilə görüşdən sonra Avropa İttifaqı diplomatiyasının rəhbəri Josef Borrel X mkrobloqunda yazıb.
"Biz qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, daxili siyasi prosesləri və sülh təşəbbüslərini müzakirə etdik. Biz Brüssel prosesinin bərpasına tam dəstəyimizi ifadə etdik", - o qeyd edib.
Borrell bildirib ki, Aİ ilə Ermənistan arasında münasibətlər müsbət istiqamətdədir.