Ermənistanfdakı valyutadəyişmə məntəqələrində dollar, rubl və avro ötən günlə müqayisədə ucuzlaşıb.
Bu gün, fevralın 14-ü saat 09:05-ə Erəminstan banklarında ABŞ dollarının alışının orta məzənnəsi ötən günlə müqayisədə 0,08 dram ucuzlaşaraq 401,06 dram təşkil edib. Avro və rubl da ucuzlaşıb.
Modern.az xəbər verir ki, Rate.am saytının məlumatına görə, banklarda dolların alışının ən yüksək qiyməti 403 dram, ən aşağı satış qiyməti isə 406,50 dramdır.
Valyutadəyişmə məntəqələrində dolların alışı 403 dram, satışında isə 407 dramdır.
Banklarda avro alışının orta məzənnəsi 428 dram, ən aşağı satış qiyməti isə 440 dramdır. Valyutadəyişmə məntəqələrində avronun alış qiyməti 435 dram, satış qiyməti 440 dramdır.
Rusiya rublunun alış qiyməti 4,32 dram, satış zamanı ən aşağı qiymət isə 4,51 dramdır. Mübadilə məntəqələrində rublun alışı 4,38 dram, satışında isə 4,46 dramdır.