Modern.az

Azərbaycan sərhədçilərinin darmadağın etdiyi erməni postu - VİDEO

Azərbaycan sərhədçilərinin darmadağın etdiyi erməni postu - VİDEO

14 Fevral 2024, 11:20

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib.

 

DSX-nın keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

 

Modern.az xəbər verir ki, APA Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edib.


Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

 

Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.

 

Müşahidələrdən aydın olur ki, Azərbaycan sərhədçilərinin darmadağın etdiyi erməni postunda xidmət hələ də bərpa edilməyib.


Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nın əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu