Modern.az

KTMT Ermənistanla Azərbaycanı təcili sülh müqaviləsi bağlamağa ÇAĞIRDI

KTMT Ermənistanla Azərbaycanı təcili sülh müqaviləsi bağlamağa ÇAĞIRDI

14 Fevral 2024, 12:02

Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur.

Modern.az xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib.

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var” – deyə Serdyukov bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindən fəal şəkildə istifadə olunur, sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq.
 

Serdyukovun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Qərb Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.

“Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu