Modern.az

Gürcüstanda Kobaxidze dövrü: Siyasətdə hansı dəyişikliklər olacaq?

Gürcüstanda Kobaxidze dövrü: Siyasətdə hansı dəyişikliklər olacaq?

Analitika

20 Fevral 2024, 13:50

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu il yanvarın 29-da Baş nazir vəzifəsindən istefa verib. Gürcüstanın hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının sədri İrakli Kobaxidze onun yerinə keçib.

 

Artıq parlament Kobaxidzenin rəhbərlik edəcəyi yeni hökumətə etimad göstərib və o baş nazir kimi fəaliyyətə başlayıb. Kobaxidze baş nazir kimi ilk səfərini Brüsselə edib.

 

İrakli Kobaxidze 46 yaşındadır. O, 2016-2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri vəzifsində çalışıb. 2019-cu ildəki etirazların ilk günündə istefa verib. Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirən Kobaxidze Düsseldorf Universitetində fəlsəfə doktoru dərəcəsinə yiyələnib. O, Gürcüstan universitetlərində dərs deyib və Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. Kobaxidze 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılıb. O, hökumət əleyhdarlarına, müxalifətə qarşı radikal ritorikası ilə reputasiya qazanıb.

 

Bundan sonra Gürcüstanın yeni hökumətinin necə strategiya yürüdəcəyi maraq doğurur.

Gürcü ekspert Vaso Kapanadze Modern.az-a açıqlamasında bildirib ki, yeni hökumət böyük layihələri hədəfləyir:

 

“Gürcüstanda artıq yeni hökumət formalaşır. Yeni strategiya formalaşır. Amma qonşu ölkələrlə münasibətlərdə dəyişiklik olacağını düşünmək olmaz. Yeni hökumət qonşu ölkələrlə münasibətləri daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər. Bu regionda sabitlik və sülhün inkişafı üçün mütləqdir. Böyük layihələrin icrası regionda sülhü tələb edir. Gürcüstan regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verməyə hər zaman hazırdır. Yeni hökumət Azərbaycan, Türkiyə və İrəvanla strateji tərəfdaşlığımızı və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirmək niyyətindədir. Yeni hökumət regiona, xüsusilə də Azərbaycanla münasibətlərə müsbət təsir göstərəcək. Hakim partiya Azərbaycan və Ermənistan arasında münasibətlərə də öz töhfəsini verə bilər", - o qeyd edib.

 

Ekspert bildirir ki, yeni hökumətin qarşısında duran əsas məsələ Rusiya ilə danışıqları bərpa edib, münasibətləri normallaşdırmaqdır:

 

"İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi proqramda da bu məsələ əksini tapıb. Sənəddə deyilir ki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması məsələsini “Cenevrə danışıqları” platformasında davam etdirmək niyyətindədir.

 

Eyni zamanda hökumət Avropa ilə əlaqələrə də xüsusi diqqət yetirəcək. Aİ qarşısında yeni öhdəliklər var. Daha güclü Gürcüstan üçün yeni hökumət işlər görməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi