Modern.az

Magistratura imtahanlarının test tapşırıqlarına dair İZAH

Magistratura imtahanlarının test tapşırıqlarına dair İZAH

Təhsil

14 Fevral 2024, 13:20

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura səviyyəsi üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahını dərc edib.



Modern.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.



11 fevral 2024-cü il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunmuşn test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).



Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini dünən elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi