Modern.az

İDDİA: Erməni nazir istefaya məcbur edilib? - YENİLƏNİB

İDDİA: Erməni nazir istefaya məcbur edilib? - YENİLƏNİB

Dünya

15 Fevral 2024, 09:44

Ermənistanın dünən istefa vermiş iqtisadiyyat naziri Vahan Kerobyan nazir postunu öz istəyi ilə tərk etməyib və istefa tələbi ona dolayısı ilə çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

 

Qeyd olunub ki, keçmiş nazirin qərarının könüllü olmadığı onun dünən sosial şəbəkələrdəki vida yazısından aydın olub. Kerobyan getmək barədə göstərişi Paşinyandan yox, Nazirlər Kabinetinin aparat rəhbəri Arayik Arutyunyandan alıb.

 

Eyni zamanda, vəziyyəti elə təqdim edilməyə çalışılır ki, Kerobyanın addımı İqtisadiyyat Nazirliyindəki qalmaqallı korrupsiya işi ilə bağlıdır.

 

Nəşr əlavə edib ki, bu artıq ənənəyə çevrilir. Paşinyan qara siyahısında olan məmurlara daha niyə onlarla işləmək istəmədiyini izah etməyi lazım bilmir.

 

***

14.02.2024 / 14:04

 

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

***

13:52

 

Vahan Kerobyan Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən azad ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə ermənidilli teleqram kanallarında məlumat yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI