Fevralın 14-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəhbəri öz Facebook səhifəsində məlumat yayıb.
Nazir və səfir müdafiə sahəsində əməkdaşlığın hazırkı gedişatını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.