Modern.az

Sumqayıt sakinlərində silah-sursat aşkarlandı

Sumqayıt sakinlərində silah-sursat aşkarlandı

Aktual

15 Fevral 2024, 08:34

Sumqayıt şəhər sakinlərində silah-sursat aşkarlanıb.

 

Modern.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Yaqub Malik oğlu Dadaşovun üzərində 1 ədəd “Kalaşnikov” markalı AKMS avtomatı, 1 ədəd daraq və 30 ədəd 5.45 mm güllə aşkar edilərək müsadirə edilib.

 

Bundan başqa, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Əhmədov Mirzəqulu Akif oğlunun üzərində 1 ədəd “Kalaşnikov” avtomata aid patron tapılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu