Modern.az

Paşinyan atəşkəsi pozan hərbçini cəzalandıra bilər

Paşinyan atəşkəsi pozan hərbçini cəzalandıra bilər

Aktual

15 Fevral 2024, 11:38

Baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında fevralın 13-də Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində - Ermənistan-Azərbaycan şərti sərhədində baş verən insidentə toxunub.

Paşinyan Nerkin-Andda ölən 4 hərbçinin ailəsinə başsağlığı verib,

Modern.az-ın məlumatına görə, Baş nazir deyib ki, Azərbaycan tərəfi sərhədin yuxarıda qeyd olunan hissəsində erməni hərbçi tərəfindən fevralın 12-də atəşkəsin pozulduğu barədə məlumat yayıb. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin bir hərbçisinin yaralandığı bildirilib.

Paşinyanın sözlərinə görə, Ermənistanın Hərbi Polisi bu hadisə ilə bağlı təhqiqata başladıqları barədə bəyanat yayıb. Çünki müdafiə nazirinin atəşkəsin pozulmasına yol verilməməsi barədə dəqiq göstərişi olub.

Baş nazir bildirib ki, erməni hərbçinin əmri pozduğu təsdiqlənərsə, bunun hüquqi nəticələri olacaq.

O, Azərbaycan tərəfinin həyata keçirdiyi "Qisas əməliyyat"ın nəticəsində 4 erməni hərbçinin ölümündən təəəssüfləndiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu