Modern.az

“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın cəzalandırıldı - VİDEO

“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın cəzalandırıldı - VİDEO

15 Fevral 2024, 12:08

Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın məsuliyyətə cəlb edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilir ki, “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq sənədləşmə aparılıb:

 

"Bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı