Modern.az

UNEC-də akademik etika ilə bağlı yeni qərar

UNEC-də akademik etika ilə bağlı yeni qərar

Təhsil

15 Fevral 2024, 12:19

UNEC-də akademik etikanın təmin edilməsi məqsədilə müzakirələr keçirilib.

 

Modern.az xəbər verir ki, müzakirələr zamanı UNEC-də hazırda tətbiq edilən antiplagiat proqramının digər antiplagiat proqramları ilə səmərəlilik baxımından müqayisəsi aparılıb. Proqramların müsbət və mənfi tərəfləri təhlil olunduqdan sonra UNEC-dəki antiplagiat sisteminin təkmilləşdirilməsinə, dünyanın aparıcı universitetlərinin də üstünlük verdiyi proqramın tətbiqinə qərar verilib.

 

Həmçinin plagiat hallarının qarşısının alınması, akademik dürüstlük prinsiplərinə əməl olunması məqsədilə tələbələrin və doktorantların UNEC-in təsdiqlədiyi “Təhsilalanların Etik Davranış Kodeksi” barədə maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi