Modern.az

“BakuBus”la bağlı yeni QƏRAR

“BakuBus”la bağlı yeni QƏRAR

Aktual

15 Fevral 2024, 13:21

Prezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

 

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

 

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu