Modern.az

İlham Əliyev Almaniya Kansleri ilə görüşəcək

İlham Əliyev Almaniya Kansleri ilə görüşəcək

Ölkə

15 Fevral 2024, 15:17

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq.

 

Modern.az məlumatına görə, bu barədə Almaniya Kanslerinin Prezident İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.

 

“Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, - Olaf Şolts yazıb.

 

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu