Modern.az

Xaçmazda ağır yol qəzası - Ölən var 

Xaçmazda ağır yol qəzası - Ölən var 

Hadisə

15 Fevral 2024, 18:47

Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yük avtomobillərinin toqquşması nəticəsində yaralanan 3 nəfərdən biri ölüb.

 

Modern.az xəbər verir ki, "TIR" və "Mercedes" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində ağır xəsarətlər alan Novruzov Üzeyir Telman oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralı - Quba rayonunun Birinci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu ilkin olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Tibb müəssisəsindən verilən məlumata görə, bədənin müxtəlif nahiyyələrinin çoxsaylı sınıqları ilə xəstəxanaya yerləşdirilən hər iki şəxs ilkin tibbi yardımdan sonra ixtisaslı tibbi müayinədən keçirilməsi üçün dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir. Xəsarət alanlardan bir nəfər komatoz vəziyyətindədir.

 

***

16:20

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində "TIR" və "Mercedes" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər yaralanıb.

 

Yaralılar avtomobillərdən FHN xilasedicilərinin köməyi ilə çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.(AzərTac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI