Modern.az

Penitensiar Xidmətin sabiq rəisinin cinayət işi üzrə şahidlər dindirildi

Penitensiar Xidmətin sabiq rəisinin cinayət işi üzrə şahidlər dindirildi

15 Fevral 2024, 17:23

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.

 

Tofiq Həsənov məhkəməyə onlayn qaydada qatılıb.

 

Məhkəmədə ifadə verən şahidlər ifadələrində Tofiq Həsənovu şəxsən tanımadıqlarını, işə düzəlmək üçün ya birbaşa, ya da yaxınları vasitəsilə vəsaiti Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə verdiklərini deyiblər.

 

Proses fevralın 29-da davam etdiriləcək.

 

Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.

 

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər