Modern.az

“Qalatasaray” doğma meydanda qələbə qazandı

“Qalatasaray” doğma meydanda qələbə qazandı

16 Fevral 2024, 00:40

UEFA Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi start götürüb.

 

Modern.az xəbər verir ki, hər iki turnirdə ilk oyun günündə nəzərdə tutulan 8 matçdan 4-ü artıq başa çatıb.

 

Avropa Liqasında Türkiyə “Qalatasaray”ı doğma meydanda Çexiyanın “Sparta” (Praqa) klubu üzərində çətin qələbə qazanıb - 3:2.

 

Bu qarşılaşma ilə paralel keçirilən oyunlarda "Feyenoord” (Niderland) evdə “Roma” (İtaliya) ilə 1:1, “Şaxtyor” (Donetsk, Ukrayna) “Marsel”lə (Fransa) 2:2 hesablı heç-heçə edib. “Yanq Boyz” (İsveçrə) isə doğma meydanda “Sportinq”ə (Portuqaliya) uduzub - 1:3.

 

Konfrans Liqasında isə "Molde" (Norveç) "Legiya"ya (Polşa) 3:2, "Şturm" (Avstriya) "Slovan"a (Slovakiya) 4:1, "Olimpiakos" (Yunanıstan) "Ferentsvaroş"a (Macarıstan) 1:0 hesabı ilə qalib gəlib, "Union" (Belçika) isə "Ayntraxt"la sülhə razılaşıb - 2:2.

 

Qeyd edək ki, hər iki turnirdə digər oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi