Modern.az

Xəzərdə sərnişin gəmisi batdı

Xəzərdə sərnişin gəmisi batdı

16 Fevral 2024, 07:53

Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb.

 

Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.

 

"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb", - məlumatda deyiilir.

 

Bildirilib ki, daha bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

 

Hazırda itkin düşənlərin axtarışı davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər