Modern.az

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək?

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək?

Ölkə

16 Fevral 2024, 10:14

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır. 

 

Modern.az-ın məlumatına görə, Almaniyanın Münhen şəhərində keçirilən konfrans 16-18 fevral tarixlərində baş tutacaq.

 

Konfrans çərçivəsində qlobal təhlükəsizlik məsələləri, iqlim dəyişiklikləri, müharibələr və digər təhdidlər müzakirə ediləcək.

 

Konfransda dünyanın bir çox dövlətinin liderləri, siyasətçiləri, iş adamları iştirak edəcək, müxtəlif panel müzakirələri, görüşlər təşkil olunacaq.

 

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq İqlim Diplomatiyasının Perspektivləri mövzusunda panel müzakirəsi aparılacaq. Gündəlikdə qeyd olunub ki, fevralın 17-də keçiriləcək müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı nəzərdə tutulub. 

 

Qeyd edək ki, dünən Almaniya kansleri Olaf Şolts İlham Əliyevə təbrik məktubunda konfransdan da bəhs edib. "Sizinlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - məktubda deyilir.

 

Onu da qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Münhenə yola düşüb. Gürcüstan Prezidenti Solome Zurabişvili, ABŞ Dövlət katibi Entoni Blinkenin və digər şəxslərin də konfranda iştirak edəcəyi gözlənilir. 60-cı Münhen Təhlükəsizlik Konfransında Türkiyəni isə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu