Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq Əli Hidayət oğlu Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin edib.
Qeyd edək ki, bu gün Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.