Modern.az

Səyyad Salahlı Dini Komitənin müvəqqəti sədri oldu

Səyyad Salahlı Dini Komitənin müvəqqəti sədri oldu

Aktual

16 Fevral 2024, 15:16

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsindən azad olunub.


Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.

Qeyd edək ki, Səyyad Salahlı 1995-2005-ci illərdə  Milli Məclisinin deputatı olub.

2006-2010-cu illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu işləyib.

2012- ci ildən hal-hazıradək  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  sədrinin birinci müavini vəzifəsində çalışır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu