2024-cü il yanvarın 1-i vəziyyətinə Azərbaycandakı heyvandarlıq təsərrüfatlarında 2 502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 235,5 min baş inək və camış qeydə alınıb.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
2023-cü il yanvarın əvvəlində iribuynuzlu mal-qaranın 2 618,1 min baş (o cümlədən 1 288,8 baş inək və camış) olmuşdu. Bu isə o deməkdir ki, son bir ildə ölkədə iribuynuzlu mal-qara 115,7 min baş (o cümlədən inək və camışların sayı 52,5 min baş) azalıb.
2024-cü il yanvarın 1-i vəziyyətinə qoyun və keçilərin sayı 7 081,6 min baş olub. Bu rəqəm də heyvandarlıq təsərrüfatındakı xırdabuynuzluların sayının azaldığını göstərir. Belə ki, 2023-cü il yanvarın əvvəlində ölkədə 7 751,7 min baş qoyun və keçi qeydə alınmışdı. Deməli son bir ildə qoyun və keçilərin sayında 670,1 min baş azalma olub.