Modern.az

“Qarabağ”ın qələbəsi “Braqa”nın prezidentini özündən çıxardı

“Qarabağ”ın qələbəsi “Braqa”nın prezidentini özündən çıxardı

İdman

16 Fevral 2024, 17:08

Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Qarabağ”a 2:4 hesablı məğlubiyyətdən sonra futbolçularla təcili iclas keçirmək üçün paltardəyişmə otağına gedib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner komandanın son dövrlərdəki çıxışından, eləcə də Ağdam klubu ilə matçdakı nəticədən narazı qaldığını bildirib. O, məşqçilər heyətinə və futbolçulara qısa zamanda vəziyyəti düzəltmək üçün tapşırıq verib.

 

Hətta “Braqa”nın baş məşqçisi Artur Jorjenin iclasa görə mətbuat konfransına gecikdiyi iddia olunur.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi