Modern.az

Ermənistanda daha bir yüksək vəzifəli şəxs SAXLANILDI

Ermənistanda daha bir yüksək vəzifəli şəxs SAXLANILDI

17 Fevral 2024, 11:06

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları məhkəmə-tibbi elmi-praktik mərkəzin direktoru Mqer Bişaryanı saxlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Qeyd olunub ki, daha əvvəl komitənin əməkdaşları İrəvanın mərkəzində yerləşən müəssisəyə gəliblər. Bir neçə saatlıq axtarışlardan sonra müstəntiqlər M.Bişaryanı özləri ilə aparıblar.

 

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI