Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.