Modern.az

6 yaşlı qız qızılcadan ÖLDÜ

6 yaşlı qız qızılcadan ÖLDÜ

Hadisə

19 Fevral 2024, 10:02

Lənkəranda 6 yaşlı qız qızılcadan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, Lənkəranın Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.


Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Azyaşlını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, son aylarda Azərbaycanda 20-yə yaxın azyaşlı və yeniyetmə qızılcadan dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı