Modern.az

7-ci sinif şagirdi xərçəngdən vəfat edib - FOTO

7-ci sinif şagirdi xərçəngdən vəfat edib - FOTO

19 Fevral 2024, 10:22

Qusar şəhər 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Naida Yarəhmədova Namiqovna vəfat edib. Məlumat məktəbin sosial media hesabında paylaşılıb. "Məktəbin VII "A" sinfində təhsil alan, müəllimlərin sevimli, çalışqan,tərbiyəli şagirdi Naida Yarəhmədova Namiqovna 17.02.2024-cü il tarixində dünyasını dəyişib", - məlumatda deyilir.

 

Sosial şəbəkələrdə məktəblinin qızılcadan öldüyü barədə iddialar yayılıb.

 

Modern.az məlumatı dəqiqləşdirmək üçün sözügedən məktəblə əlaqə saxlayıb. 

 

Məkbətin direktoru Elmira Bayramova saytımıza açıqlamasında şagirdin qızılcadan vəfat etməsi xəbərinin yanlış məlumat olduğunu bildirib.

 

“Xeyr, qızılcadan vəfat etmiyib. Onda xərçəng xəstəliyi var idi, sümüyün iliyi xərçəngi. Şənbə günü Bakıda xəstəxanada vəfat edib, 17-si isə dəfn edilib”, - direktor qeyd edib.

 

1324939

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri