Sumqayıtda keçmiş məhkumlar narkotiklə tutulub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar Rüstəm Qasımov və Seymur Bəyəliyev saxlanılıblar.
R.Qasımovdan 1 kiloqram 65 qram, S.Bəyəliyevdən isə 445 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.