Gürcüstanda işsizlik səviyyəsi 2023-cü ilin dördüncü rübündə azalıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin müvafiq statistika qurumu - "Sakstat" məlumat yayıb.
Bu, 15,3% təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,3 faiz azdır. Ümumilikdə ölkədə 248,6 min (-0,4%) işsiz var. Belə ki, Gürcüstanda 958,4 min muzdlu işçi (+8,4%), özünüməşğulluqla məşğul olan 413,8 min (-1,6%) nəfər var.
Kənd yaşayış məntəqələrində işsizlik şəhərlərə (16,2%) nisbətən aşağıdır (14%). Kişilər arasında (16,8%) isə qadınlardan (13,5%) yüksəkdir. Ölkədə əmək qabiliyyətli iqtisadi fəal əhalinin (15 yaş və yuxarı) göstəricisi 54,3% təşkil edir.