Modern.az

"Bələdiyyələr yarananda biz nə qədər eyforiyanın içərisində idik"

Aktual

19 Fevral 2024, 13:45

Bələdiyyələr yarananda biz nə qədər eyforiyanın içərisində idik. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Nizami Cəfərov bildirib.

 

“Buna səbəb o idi ki, bələdiyyə hakimiyyəti öz yerini tutandan sonra regionlarda xalqın əhval-ruhiyyəsi qaydasına düşəcək. Ümidlər də həddindən artıq çox idi. İllik məruzədə bələdiyyənin fəaliyyətindəki peşəkarlıq olduğu bildirilsə də, bununla yanaşı əvvəlki ümidlər və inam azalıb. Bilirəm ki, eyforiya inamın başqa formasıdır, amma ağıllı inam tamam ayrıdır. Gərək eyforiyadan sonra bir az ümidlər azalsın. Çalışaq ki, xalqın ümidi qırılmasın”,- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər