Bələdiyyələrin elektron xəritələrinin hazırlanması işi demək olar ki, yekunlaşmaq üzrədir.
Modern.az xəbər verir ki, bu barədə Regional məsələlər komitəsinin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.
“Xəritələrin demək olar ki, 95%-i hazırlanıb. Amma bu hələ işin bitməsi demək deyil. Bundan sonra xəritələrin razılaşdırılması işi var. Bildiyiniz kimi, sərhəd məsələsi həmişə mübahizə mövzusu olur. Rayonların sərhədlərin müəyyən olunmasında müəyyən problemlər olur. Ona görə razılaşdırmaq məsələsi bəzən uzun müddət ala bilər”,-
Qeyd edək ki, hazırda dekabr ayında təqdim edilən son məlumata əsasən artıq 1.323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib.