Modern.az

Dumana görə 10 maşın toqquşdu

Dumana görə 10 maşın toqquşdu

19 Fevral 2024, 15:44

Şəkidə biri mikroavtobus olmaqla 10-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub.

 

Modern.az xəbər verir ki, hadisə səhər saatlarında Şəki-Qax avtomobil yolunun Quxmuq kənd inzibati ərazisindən keçən hissəsində, Quxmuq körpüsünün üstündə baş verib.

 

Qəza zamanı biri sərnişin daşıyan mikroavtobus olmaqla 10-a yaxın avtomobil toqquşub. Qəza zamanı avtomobillərin sürücüləri və sərnişinlərdən xəsarət alan olmayıb. Lakin avtomobillərdən dördünə ciddi ziyan dəyib. Qəzaya səbəb dumanlı hava və körpününü yol örtüyünün buz bağlaması olub.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı