Modern.az

Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların SAYI

Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların SAYI

Aktual

19 Fevral 2024, 16:08

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 12-18 fevral 2024-cü il tarixi ərzində 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

 

Həmçinin, 886.1 hektar ərazi minalardan təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər