Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevin ilk rəsmi səfərini Ankaraya etməsindən məmnun olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, birgə mətbuat konfransında danışıb.
O qeyd edib ki. Azərbaycan və Ermənistan arasında daimi sülh sazişinin imzalanması regionumuz üçün yeni ümid mənbəyi olacaq.
"Qarabağda işğalın başa çatması ilə bölgəmizdə tarixi fürsət pəncərəsi açıldı. Bağlanmaması çox vacibdir", - Ərdoğan vurğulayıb. Türkiyə lideri Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesində rol oynamağa çalışan üçüncü tərəfləri sülhə xidmət etməyə, gərginlik yaratmamağa çağırıb