Modern.az

"Prius"un arxasına "Qatil" yazdı, polis saxladı

Aktual

19 Fevral 2024, 18:44

Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin üzərinə yazılmış sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Modern.az xəbər verir ki, avtomobilin dövlət qeydiyyat nişanının yerinin dəyişdirilməsi və onun yerinə “Qatil 78 leş” sözlərinin yazılması diqqət çəkib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, artıq həmin avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb:

 

“Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər