Modern.az

Çoxmərtəbəli binada yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Çoxmərtəbəli binada yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Hadisə

19 Fevral 2024, 22:22

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı