Modern.az

Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR

Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR

20 Fevral 2024, 08:06

Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır.

 

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

 

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

 

Şagirdlərin yerdəyişməsi prosesi  www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü