Modern.az

Aİ-nin komissarı Azərbaycana GƏLİR

Aİ-nin komissarı Azərbaycana GƏLİR

Aktual

20 Fevral 2024, 09:40

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının onuncu nazirlər iclasında və COP-un “yaşıl enerji” üzrə nazirlərin ikinci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”a Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və “yaşıl enerji” üzrə 2-ci iclası keçiriləcək.

 

Bu iki tədbirin keçirilməsi təkcə neft-qaz potensialı hesabına deyil, həm də alternativ enerji mənbələri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu əyani şəkildə nümayiş etdirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər