Modern.az

Dövlət Komitəsindən məktəblilərin biabırçı görüntülərinə REAKSİYA

Dövlət Komitəsindən məktəblilərin biabırçı görüntülərinə REAKSİYA

Ölkə

20 Fevral 2024, 09:42

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.

 

O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır.

 

"Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək", - Komitə rəsmisi bildirib.

 

Hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlama yayıb: “Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

 

Görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...