Modern.az

Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürdü

Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürdü

Hadisə

20 Fevral 2024, 11:03

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, Eldəniz Həsənov etibarnamə əsasında idarə etdiyi "Ford Transit minik" markalı avtomobillə həyətdə arxaya hərəkətdə olan zaman piyada 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı ehtiyatsızlıqdan vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

 

Fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı