Modern.az

Bugünkü valyuta hərracında 102 milyon dollar SATILDI

Bugünkü valyuta hərracında 102 milyon dollar SATILDI

İqtisadiyyat

20 Fevral 2024, 12:26

20 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

 

Modern.az-a AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 102.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 1.3% azdır. Belə ki, 15 fevralda keçirilən valyuta hərracında banklar 103.9 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi