Modern.az

Zorakılıqdan zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir

Zorakılıqdan zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir

Aktual

20 Fevral 2024, 14:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 14 şəxsə xidmət göstərilir.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 8 nəfəri uşaqlardır.

 

Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb.

 

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

 

Ötən dövrdə burada 36-sı uşaq olmaqla 50 nəfərlə reabilitasiya işi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər