Modern.az

Təhqir olunan qızın nənəsi: "O qız həm qohumumuzdur, həm də qonşu" - VİDEO

Təhqir olunan qızın nənəsi:

Aktual

20 Fevral 2024, 14:20

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

 

Modern.az xəbər verir ki, bunu təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva jurnalistlərə açıqlamasında bildirib.


O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib:

 

“Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və Firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox Firondur, onunla bacarmırlar”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər