Modern.az

Sürücülər arasında dava - Xəsarət alan var

Sürücülər arasında dava - Xəsarət alan var

21 Fevral 2024, 09:08

Bakıda sürücülər arasında yol verməməyə görə insident yaşanıb, xəsarət alan var.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu, "Azər City" marketinin qarşısında qeydə alınıb.

 

Pərviz Qasımov idarə etdiyi "Kia Forte" markalı avtomaşınla hərəkətdə olan zaman qeydiyyat nişanı bilinməyən "VAZ 21015" markalı avtomobilin naməlum sürücüsü ilə yol verməmək üstündə yaranmış mübahisə nəticəsində xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.


Faktla bağlı cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü