Modern.az

XİN-dən Kamilin həbsinə REAKSİYA

XİN-dən Kamilin həbsinə REAKSİYA

Ölkə

21 Fevral 2024, 10:02

Xarici İşlər Nazirliyi (XİN) idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.

 

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır.

 

“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, - məlumatda deyilir.

 

Qeyd edək ki, Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. Onun Moskvanın Domodedovo hava limanında saxlanıldığı qeyd olunur.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...